| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Tacikistana səfər edəcək

2016-03-28 17:10:48

29-30 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KİEP) dəvəti ilə Tacikistanın paytaxtı Düşənbə şəhərində səfərdə olacaq.


Dr.Qasımlı "Dəyişən Avrasiya məkanında Koreya-Mərkəzi Asiya əməkdaşlığının genişləndirilməsi" (Measures to Enhance Korea-Central Asia Cooperation in the Changing Eurasian Economic Order) konfransında məruzə ilə çıxış edəcək.


SAM-ın şöbə müdirinin məruzəsi qlobal dəyər zənciri və Avrasiyada inteqrasiya təşəbbüslərinin qarşılıqlı əlaqəsi mövzusuna həsr ediləcək.


Vüsal Qasımlının bu mövzuda elmi araşdırması KİEP-in çap etdirdiyi elmi məcmuədə öz əksini tapmışdır.


Konfransda Mərkəzi Asiya və Koreyanın dövlət və akademik dairələrinin nümayəndələrinin iştirakı gözlənilir.   



 

: 135