| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın elmi işçisi Buxarestdə keçirilən konfransda iştirak etmişdir

2017-03-30 12:17:16

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin (SAM) Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin  elmi işçisi İlqar Qurbanov 27-28 Mart  tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil edilən "Qara dəniz regionunda təhditlərə cavab verəbilmə qabiliyyətliliyinin yaradılması: Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasının həyata keçirilməsinə dəstək ” adlı konfransda iştirak etmişdir. Qeyd edək ki, sözü gedən konfrans Yeni Təhlükəsizlik Mərkəzi və Rumıniya Diplomatik İnstitutunun birgə təşkilatçılığı və Avropa İttifaqı (Aİ) Təhlükəsizlik Araşdırmaları İnstitutunun dəstəyi ilə həyata keçirilmişdir. Həmçinin, SAM- ın elmi işçisi İlqar Qurbanov konfransda “Cənub Qaz Dəhlizinin Avropa enerji təhlükəsizliyinə töhfəsi və Aİ-nin  enerji davamlılığının qarşısında duran maneələr ” mövzusunda təqdimatla çıxış etmişdir.


Qeyd edək ki, konfrans xarici və təhlükəsizlik siyasəti üzrə Aİ Qlobal Strategiyasının həyata keçirilməsinə dair  fikir və təkliflərin bir araya gətirilməsi üçün müzakirə platforması formatında həyata keçirilmişdir.

 



 

: 321