| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

ABŞ prezidenti Barak Obamanın İran siyasəti

2009-07-10 20:02:00

10 iyul 2009-cu il tarixində Amerikalı ekspert, beynəlxalq siyasət məsələləri üzrə Sakit okean Şurasının sədri Cerald Qrin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdirmalar Mərkəzində "ABŞ prezidenti Barak Obamanın İran siyasəti” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edib. Ekspert indiki administrasiyanın əvvəlkindən fərqləndiyini və məsələyə daha fəlsəfi yanaşdığını deyib. O, B. Obamanın şərq aləmi ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, prezidentin Misirin Qahirə Universitetindəki çıxışının buna misal olduğunu söyləyib: "Hesab edirəm ki, Obama İranla münasibətləri düzəltmək niyyətində səmimidir. Hər şey İranın iradəsindən asılıdır. İran doğrudan da ABŞ-la əməkdaşlıq etmək istəyirsə, bu, baş tutacaq”.

C. Qrin İranın nüvə proqramının ABŞ-da narahatlıq yaratdığını da xatırladıb: "İran proqramın alternativ enerji mənbələri yaratmaq məqsədi güddüyünü bəyan etsə də, ABŞ və Avropanın narahatlığı davam edir”.

Qeyd edək ki, tədbirdə diplomatlar, yerli ekspertlər və politoloqlar iştirak edib.





 

: 82