| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Amerikada yaşayan azərbaycanlı alim və ictimai xadim Firuz Kazımzadənin “Zaqafqaziya uğrunda mübarizə 1917-1921” adlı kitabının təqdimat mərasimi keçiriləcək

2011-11-04 04:33:00

10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Amerikada yaşayan azərbaycanlı  alim və ictimai xadim, Yell Universitetinin(ABŞ) professoru Firuz Kazımzadənin 1951-ci ildə çapdan çıxmış və 2010-cu ildə Qafqazın Strateji Tədqiqatları İnstitutu tərəfindən rus dilində nəşr olunmuş "Zaqafqaziya uğrunda mübarizə 1917-1921”(Борьба за Закавказье 1917-1921) adlı kitabının təqdimat mərasimi keçiriləcəkdir.

Tədbirdə müəllifin özü də iştirak və çıxış edəcəkdir. Təqdimat mərasimində həmçinin tarixçi alimlər, millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələri  iştirak edəcək.

Tədbirin  vaxtı: 10 noyabr 2011-ci il, saat 11.00-13.00

Tədbirin keçirildiyi yer: Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin konfrans zalı(Azərbaycan, Bakı ş. AZ 1005, M. İbrahimov küçəsi 8.)



 

: 72