| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Təcrübə proqramının payız sessiyasına (oktyabr - dekabr 2017) sənədlərin qəbulu 01-15 sentyabr 2017-ci il tarixinədək davam edəcək

2017-09-02 07:47:29

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xarici və yerli tələbə və magistrantlar üçün 3 ay olmaqla ildə 4 dəfə təcrübə keçmək imkanı yaradır. Təcrübə ilə bağlı sənədlərin qəbulu 1 ay əvvəl SAM-ın saytında elan olunur.


Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə SAM-ın sertifikatı təqdim olunur.

İldə 4 dəfə olmaqla ( yaz, yay, payız və qış sessiyaları) keçirilən bu proqram çərçivəsində aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı (III- IV) kurs tələbələri və magistrantlar təcrübə proqramına qatılmaq üçün SAM-a müraciət edə bilərlər:


Beynəlxalq Münasibətlər

Siyasətşünaslıq

Beynəlxalq İqtisadi Münasibətlər

Sosial Elmlər və Psixologiya

Beynəlxalq Jurnalistika

Amerikanşünaslıq

Regionşünaslıq


Təcrübəçidən - xarici dillərdən ( ingilis, rus, ərəb, fransız, fars) ən azı ikisini bilmək, kompyuter biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və kollektivlə səmimi ünsiyyət qurmaq tələb olunur.


Təcrübə keçmək üçün müraciət forması: Yalnız sənədlərin qəbulu elan olunduqdan sonra, təcrübə proqramına qatılmaqda maraqlı olan namizədlər Azərbaycan və ya İngilis dillərində CV-ni (3x4 formatlı şəkil əlavə edilməklə), xarici dil biliklərini əsaslandıran sənədləri (arzu olunandır) əlavə etməklə, qeyd olunan elektron ünvana göndərməlidir: info@sam.gov.az


Nəzərinizə çatdırmaq istərdik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.



 

: 230