| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Təcrübə proqramının yay sessiyasına ( iyul- sentyabr 2017) sənədlərin qəbulu 06-18 iyun 2017-cı il tarixinə qədər davam edəcək

2017-06-06 06:13:36

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xarici və yerli tələbə və magistrantlar üçün 3 ay olmaqla ildə 4 dəfə təcrübə keçmək imkanı yaradır. Təcrübə ilə bağlı sənədlərin qəbulu 1 ay əvvəl SAM-ın saytında elan olunur.

 

 

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə SAM-ın sertifikatı təqdim olunur.

 

 

İldə 4 dəfə olmaqla ( yaz, yay, payız və qış sessiyaları) keçirilən bu proqram çərçivəsində aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı (III- IV) kurs tələbələri və magistrantlar təcrübə proqramına qatılmaq üçün SAM-a müraciət edə bilərlər:

 

 

Beynəlxalq Münasibətlər

 

 

Siyasətşünaslıq

 

 

Beynəlxalq İqtisadi Münasibətlər

 

 

Sosial Elmlər və Psixologiya

 

 

Beynəlxalq Jurnalistika

 

 

Amerikanşünaslıq

 

 

Regionşünaslıq

 

 

Təcrübəçidən - xarici dillərdən ( ingilis, rus, ərəb, fransız, fars) ən azı ikisini bilmək, komputer biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və kollektivlə səmimi ünsiyyət qurmaq tələb olunur.

 

 

Təcrübə keçmək üçün müraciət forması: Yalnız sənədlərin qəbulu elan olunduqdan sonra, təcrübə proqramına qatılmaqda maraqlı olan namizədlər Azərbaycan və ya İngilis dilində CV-ni (zəhmət olmasa 3x4 formatlı şəkil əlavə edilsin), xarici dil biliklərini əsaslandıran sənədləri (arzu olunandır) əlavə etməklə, aşağıda qeyd olunan elektron ünvana göndərməlidir: info@sam.gov.az

 

 

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

 



 

: 722