| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

ATƏT-IN BAKI OFİSİNİN RƏHBƏRİ SAM-DA MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK

2010-06-09 14:07:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir.

Göstərilən layihə çərçivəsində 11 iyun 2010-cu il tarixində saat 11.00-da Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanda demokratik dəyərlərin dəstəklənməsində ATƏT-in Bakı ofisinin rolu” mövzusunda müzakirəli görüş təşkil edəcək. Mərkəzin konfrans zalında təşkil olunacaq tədbirdə əsas məruzəçi qismində ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel çıxış edəcək.

SAM-ın və XİN–in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və qeyri-hökümət təşkilatların təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda səfir Azərbaycan-ATƏT münasibətləri, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasında, qanunun aliliyi və insan haqlarının qorunmasında, vətəndaş cəmiyyətinin səylərini dəstəklənməsində ATƏT-in rolundan danışacaq, iştirakçıların suallarını cavablandıracaq.

Tədbir Ingilis dilində keçiriləcək.


 

: 56