| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Avropada milli azlıqlar: Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

2012-06-21 10:52:00

20 iyun 2012-ci ildə Bakıda Mariott otelində Strateji Araşdırmalar Mərkəzi (SAM) və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun (BMİ) birgə təşkilatçılığı ilə "Avropada milli azlıqlar: "Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda BMİ-nun xarici nümayəndələri və digər qonaqlar iştirak etmişlər. Nümayəndələr sırasına İtaliyanın Trento Universitetinin Hüquq Fakultəsinin Müqayisəli Konstitusiya Hüququ üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin Sosial elmlər fakültəsinin professoru Mitya Zagar, İtalyanın Bolonya Unversitetinin Siyasi Elm şöbəsinin köməkçi professoru doctor Lorenzo Zambernardi, İtaliyanın Trento Universitetinin Müqayisəli və Avropa Hüququ üzrə Araşdırmalar Məktəbinin Tədqiqatçısı Elisabetta Pulice və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze daxil idi və onlar öz nitqləri və materialları ilə konfrans iştirakçılarına Cənubi Tirol muxtariyyət modeli haqqında dəyərli məlumatlar vermişlər. Konfransı SAM-ın direktoru Fərhad Məmmədov və prof. Roberto Toniatti öz nitqləri ilə açmışlar. SAM-ın director müavini Gülşən Paşayeva isə konfransın moderatoru idi.   

Açılış mərasimində Fərhad Məmmədov konfransın əsas məqsədinin müxtəlif muxtariyyət modellərini öyrənmək və onlardan bəzilərinin elementlərini Cənubi Qafqazda mövcud olan konfliktlərə tətbiq etmək olduğunu vurğulamışdır. O, həmçinin bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi uzunmüddətli bir prosesdir və bir mərhələdə həll oluna bilməz.

Professor Roberto Toniatti öz prezentasiyasında Cənubi Tirol konfliktinin tarixi haqqında və onun sülh yolu ilə həlli haqqında danışmışdır. O, bildirmişdir ki, zaman istənilən münaqişənin həlli yolunda ən vacib faktordu. Professor Toniatti deyib ki, Cənubi Tirol münaqişəsinin həlli uzun zaman alıb, lakin sonda uğurla nəticələnib və hal-hazırda uğurlu misal kimi göstərilə bilər. O, bildirib ki, Cənubi Tirolun alman dilli əhalisi Avstriya ilə əməkdaşlıq edə bilir və bu proses Avropa Birliyi tərəfindən dəstəklənir.

Professor Mitya Zagar Avropada milli azlıqların müdafiəsinə aid prezentasiya nümayiş etdirib. O, vurğulamışdır ki, dünyanın heç bir yerində tək millətli cəmiyyət yoxdur və istənilən cəmiyyətdə və ölkədə azlıqlar mövcuddur və onların ehtiyacları və maraqlarını nəzərə almaq vacibdir.

Konfrans zamanı digər iştirakçılar öz presentasiyalarını təqdim etmişlər. Konfrans iki hissədən ibarət olub və onların hər biri sual-cavab hissəsi ilə yekunlaşmışdır. 



 

: 93