| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan nümayəndə heyəti “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq konfrans keçirmək üçün Ankaraya səfər etmişdir

2014-10-21 00:53:20

20 oktyabr 2014-cü il tarixində Azərbaycan nümayəndə heyəti “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq konfrans keçirmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfər etmişdir.

 

Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, elmi işçi Azad Qəribov və Media Xidmətinin Rəhbəri Mehriban Həsənova daxildir.

 

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin heykəlini ziyarət etmişdir.

 

Daha sonra nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov ilə görüş keçirmişdir.

 

Günün ikinci yarısında SAM və Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) birlikdə təşkil etdiyi “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq konfrans baş tutmuşdur.  

 

Konfransı USAK-ın direktor müavini Selcuk Çolakoğlu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov açılış nitqləri ilə başlamışlar.

 

Moderatorunun Kamer Kasımın olduğu “Cənubi Qafqazda Təhlükəsizlik” mövzusunda birinci sessiyanın məruzəçiləri Fərhad Məmmədov “Cənubi Qafqazda təhlükəsizlik məsələləri – mövcud vəziyyət”, Eka Tkeşelaşvili “Gürcüstanın təhlükəsizliyi 2008-ci ildən sonra” və Oktay Tanrısever “Qafqazda enerji təhlükəsizliyi” mövzularında çıxışlar etmişlər.

 

Moderatorunun Fərhad Məmmədovun olduğu “Cənubi Qafqazin təhlükəsizliyində regional faktorlar ” mövzusunda ikinci sessiyanın məruzəçiləri Kamer Kasım “Türkiyənin Cənubi Qafqazdaki təhlükəsizlik siyasəti”, Güner Özkan “Rusiyanın Cənubi Qafqaza yönələn təhlükəsizlik siyasəti” və Cavid Vəliyev “Regional üçtərəfli əməkdaşliq: Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan - İran-Türkiyə” mövzularında çıxışlar etmişlər.

 

Konfrans sual – cavab sessiyası ilə başa çatmışdır.

 

Səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin “Avrasya İncelemeleri Merkezi”-ndəki (AVİM) görüşlə yekunlaşmışdır. 



 

: 1191