| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasına səfərinin ikinci günü

2014-10-22 09:50:10

Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasına səfərinin ikinci günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, elmi işçi Azad Qəribov və Media Xidmətinin Rəhbəri Mehriban Həsənovagünün birinci yarısında Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin qonağı olmuş, XİN SAM-ın direktoru Ali Resül Üsul, əməkdaşları Ümit Alpaslan Kılıç və Şeyda Erolla görüşmüşlər.

 

Daha sonra nümayəndə heyəti Türkiyə Respubikası Xaricdə Yaşayan Türklər və Qohum Xalqlar Komitəsində direktor Kudret Bülbül, komitənin əməkdaşları Murat Gürbüz, Suat Beyhır və Sevitay Yıldırımla görüş keçirmişdir.

 

Görüşlərdə 2015 sözdə “erməni soyqırımı”-na qarşı fəaliyyətlərin koordinasiyası, noyabr - 2014-cü il tarixində Azərbaycanda keçiriləcək “Türk həftəsi”-nin detalları, qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunmuşdur.

 

Bununla da Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasına səfərini sona çatdırmışdır.



 

: 2222