| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xüsusi nəşri olan "SAM-ın şərhləri"nin növbəti sayı ingilis dilində çap edilmişdir

2017-03-03 10:13:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan "SAM-ın şərhləri"nin növbəti sayı ingilis dilində çap edilmişdir.


SAM-ın aparıcı elmi işçisi Sahib Cəfərovun müəllifi olduğu “Qərbi Avropada müsəlman icmaları: Böyük Britaniyanın nümunəsində” adlanan bu yeni nəşrdə Britaniyada etnik milli azlıqlara dair siyasətin formalaşmasının tarixi inkişafı, müsəlman icmalarının yerli cəmiyyətlərə inteqrasiyası, onların siyasi fəaliyyətin başlıca tendensiyaları, təhsil və işsizlik problemlərinin həllində ortaya çıxan çətinliklərin xüsusiyyətləri bu tədqiqat işində nəzərdən keçirilmişdir.


Tədqiqat işinin həyata keçirilməsi məqsədi ilə Böyük Britaniyadakı yerli müsəlman icmalarının rəhbərləri, bu mövzu ilə əlaqədar olan Oksford və Kinqs Kollec kimi Universitetlərin ekspertləri ilə görüşlər keçirilmiş, onların məsələyə dair təcrübi və elmi rəyləri hesabatın hazırlanmasında əsas qaynaq kimi istifadə edilmişdir.


Muslim Communities in Western Europe.pdf

 



 

: 1060