| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri beynəlxalq forumda məruzə ilə çıxış etmişdir

2018-11-21 16:00:00

SAM-ın Daxili siyasətin təhlili  şöbəsinin müdiri, professor Tahirə Allahyarova Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilən beynəlxalq Forumda çıxış etmişdir.

 

 

19 noyabr 2018-ci il tarixində Astana şəhərində yerləşən "Nazarbayev Mərkəzində" "Polietnik cəmiyyət və müasir dövlət: İnkişaf strategiyaları" mövzusunda beynəlxalq Forum keçirilmişdir. Forum Prezident N. Nazarbayevin rəhbərlik etdiyi “Qazaxıstan Xalqlarının Assambleyası” (QXA), Qazaxıstan Respublikasının Birinci Prezidentinin Fondu, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Mərkəzi Asiya regionunda millətlərarası və konfessiyalararası münasibətlərin öyrənilməsi Mərkəzi və “Avrasiya Ekspert Şurası” İctimai Fondu tərəfindən təşkil edilmişdir.

 

 

Yerli və xarici alimlərin, Qazaxıstan Parlamenti deputatlarının, Xalq Assambleyası etno-mədəni birlikləri rəhbərlərinin, Elmi Ekspert Şurasının, diplomatik korpusların, beynəlxalq təşkilatların, Qazaxıstanın  BMT-dəki nümayəndələrinin, ictimai xadim və yaradıcı ziyalıların iştirak etdiyi Forumu QXA-nın  sədr müavini və Katibliyin rəisi  Leonid Prokopenko giriş nitqi ilə açıq elan etmişdir.

 

 

Forum 4 istiqamətdə: “Polietnik cəmiyyətlər və inkişaf strategiyaları”, “Astana-20: Avrasiyanın mərkəzi”, “Uğurlu sosial inkişaf polietnik cəmiyyətdə birliyin təməli kimi” və “Mədəniyyətlər və dinlərarası münasibətlərdə dövlət siyasətinin müasir trendlərinin təhlili” mövzusunda panel sessiyalarla işini davam etdirmişdir. 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor T.Allahyarova forumun “Mədəniyyətlər və dinlərarası münasibətlər  sahəsində dövlət siyasətinin müasir trendlərinin təhlili” panelində “Ortaq dəyərlər cəmiyyətdə inkişaf strategiyasının əsası kimi: Azərbaycan və Qazaxıstanın uğurlu təcrübəsi mədəniyyətlərarası dialoqun qlobal böhranı fonunda” mövzusunda məruzə ilə çıxış etmiş və məruzədə iki ölkənin təcrübəsinin dünyaya tanıdılması yönündə birgə əməkdaşlıqla bağlı təkliflər irəli sürmüşdür. Panelin moderatoru, QXA-nın  sədr müavini L. Prokopenko iştirakçıların marağına səbəb olan məruzədəki təkliflərin Forumun qətnaməsinə daxil ediləcəyini qeyd etmişdir.

 

Qeyd edək ki, Forumda səslənən məruzələr kitab halında çap edilmişdir.



 

: 226