| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan 2008-ci ildə: Modernləşmə yollarında

2008-05-24 09:09:00

23 may 2008-ci il tarixində Bakıda Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi ilə birgə "Azərbaycan 2008-ci ildə: modernləşmə yollarında” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş səfirlər, xarici qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycanın milli inkişafının hazırkı paradiqmaları müzakirə olunmuş, modernləşmə strategiyasının mahiyyəti açıqlanmış, Azərbaycanın inkişaf strategiyasında sabitlikdən modernləşməyə doğru gedən yol, beynəlxalq aləmdə ölkənin tutduğu siyasi xətt və onun əsas prioritetləri ətraflı müzakirə predmeti olmuşdur.


 

: 687