| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək

2012-11-29 06:05:00

3 Dekabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, BMT İnkişaf Proqramı, PwC Azərbaycan şirkəti və Azərbaycan Gənclər Fondunun birgə təşkil etdiyi "Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək.  

Konfransda Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev açılış nitqi ilə çıxış edəcək.   
Tədbirdə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının təqdimatı ilə, BMT İnkişaf Proqramının Azərbaycanda Rezident nümayəndəsi Antonius Bruk "Gələcəyə baxış – 2020 və qlobal inkişaf çağırışları" mövzusu ilə, PwC şirkətinin Baş Qlobal Məsləhətçisi Yan Sturesson "Gələcəyə baxış - əsas tendensiyalar və məsələlər” mövzusu ilə, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov "İnnovasiya və modernləşmə strategiyası: informasiya cəmiyyətinə keçid" mövzusu ilə, Azərbaycan Respublikasının Nəqliyyat nazirinin müavini Musa Pənahov "Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi perspektivləri" mövzusu ilə, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko "Diversifikasiya: Davamlı İnkişafın Açarı” mövzusu ilə, Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono "İnfrastrukturun maliyyələşməsi” mövzusu ilə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov "Azərbaycanda pensiya-sığorta sisteminin inkişaf perspektivləri" mövzusu ilə çıxış edəcək. 
Qeyd: Tədbirin Twitter-də rəsmi heshtag-i #Azerbaijan2020 (09:00 – 13:00)  


 

: 383