| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək

2012-10-17 06:05:00

19 Oktyabr 2012-ci il tarixində "Hyatt Regency" otelinin Quba zalında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi "Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda Beynəlxalq Konfrans keçirəcək.  

Açılış nitqləri ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Dr. Elnur Aslanov, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin rəhbərinin  müavini Cənab Adam Sterlinq və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov çıxış edəcək. 
Konfransda Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədov,  Çapman Universiteti, Qlobal Təhsil Mərkəzinin direktoru Dr. Ceyms Koyl, Ankara Universiteti, Avropa Tədqiqatlar  Mərkəzinin rəhbəri Dr. Çağrı Erhan, Ceymstaun Fondu, aparıcı elmi işçi Dr. Vladimir Sokor, METU, Beynəlxalq Münasibətlər kafedrasının əməkdaşı Dr. Oktay Tanrısevər, Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Dr. Gülşən Paşayeva "Regional təhlükəsizlik dilemması: çağırışlar və perspektivlər” və "Dağlıq Qarabağ münaqişəsi: çıxılmaz vəziyyətdən çıxış yolları” mövzuları ətrafında müzakirələr aparacaq.
SAM-ın fəaliyyətini aşağıdakı linklərdən izləyə bilərsiniz:


 

: 394