| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan istehsalçı ölkə kimi müxtəlif bazarlara təbii qaz çıxarmaqda maraqlıdır

2009-01-21 15:47:00

Yanvarın 19-20-də Türkiyənin paytaxtı Ankarada Şimali Atlantika Müqaviləsi Təşkilatının Terrorçuluqla Mübarizə Mərkəzinin təşkilatçılığı ilə "Enerji təhlükəsizliyi” mövzusunda konfrans keçirilib. NATO-nun, alyansa üzv və tərəfdaş ölkələrin müdafiə, milli təhlükəsizlik, daxili və xarici işlər nazirliklərin, hərbi məktəblərin, Türkiyə Respublikasının Jandarmeriyasının, Enerji və Təbii sərvətlər nazirliyi, BP və Botaş kimi şirkətrlərin yüksək vəzifəli nümayəndələrinin təmsil olunduğu tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) elmi işçisi Gülmira Rzayeva da iştirak etmişdir.

SAM-ın əməkdaşı çıxışında enerji istehsalçıları ilə istehlakçılarının maraqlarının fərqləndiyini qeyd edərək bildirib ki, Azərbaycan istehsalçı ölkə kimi müxtəlif bazarlara təbii qaz çıxarmaqda maraqlıdır. Azərbaycanın qaz ixrac etdiyi ölkələrin maraqları isə bir-biri ilə uzlaşmır. Elə buna görə də, rəsmi Bakı bölgədəki "enerji oyunçuları” arasında harmonik münasibətlərin qurulmasının tərəfdarıdır. Ekspertin fikrincə, müxtəlif istiqamətlərə qaz ixrac etmək imkanları olsa da, Azərbaycan üçün prioritet bazar 500 milyon istehlakçının olduğu Avropadır. Lakin "Cənubi qaz dəhlizi” və eləcə də "Nabucco”nun reallaşması üçün rəsmi Bakı layihə konsorsiumu qarşısında birincisi, yalnız Baumharten deyil, Avropanın digər yaxın qaz bazarlarına çıxış, ikincisi isə "Nabucco”nu qazla təmin edəcək ikinci mənbə qoşulmalısı kimi iki şərt qoymaq niyyətindədir. G.Rzayeva bildirib ki, əks-təqdirdə Bakı qeyri-rentabelli qaz kəmərinə qoşulmayacaq.



 

: 180