| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Azərbaycan-Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr” mövzusunda dəyirmi masa keçiriləcək

2010-09-09 18:28:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov sentyabr ayının 12-dən 15-dək Bakıda səfərdə olacaq.

Səfər çərçivəsində sentyabrın 13-ü saat 10.00-da Bulat Sultanov Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edəcək.

Daha sonra sentyabrın 13-ü saat 11.00-da Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru SAM-la birgə layihəsi əsasında təşkil olunacaq "Azərbaycan-Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr” mövzusunda dəyirmi masada əsas məruzəçi qismində iştirak edəcək. SAM-ın və XİN-in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda iki ölkə arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək, münasibətlərin inkişaf perspektivləri müzakirə ediləcək, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Tədbir Rus dilində keçiriləcək.


 

: 53