| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri ABŞ–da Amerika-Azərbaycan münasibətlərinə həsr olunmuş konfransda iştirak etdi

2010-12-05 20:43:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev ABŞ-a səfəri çərçivəsində dekabrın 4-ü ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı ilə Çikaqonun İllinois Texnologiya İnstitutu nəzdində Kent Hüquq Kollecində "Xəzər hövzəsinin geosiyasi durumu və Obama administrasiyası dövründə Amerika - Azərbaycan münasibətləri” mövzusunda keçirilmiş regional konfransda məruzə ilə çıxış etmişdir.

SAM-ın rəhbəri ABŞ-ın ekspert ictimaiyyəti qarşısında çıxışı zamanı Xəzər dənizi hövzəsində geosiyasi reallıqlar, Azərbaycanın regionda enerji ehtiyatlarının əsas mənbəyi və tranzit ölkə kimi həlledici mövqeyə malik olması, qlobal enerji təhlükəsizliyinin təminatında rolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli məsələsi, rəsmi Bakı və Vaşinqtonun strateji müttəfiqliyinin hər iki tərəf üçün vacibliyi və bölgənin digər təhlükəsizlik problemlərinə toxundu. Qeyd edək ki, forumda Birləşmiş Ştatların Azərbaycan diasporasının nüfuzlu nümayəndələri, Çikaqo Universitetinin aparıcı mütəxəssisləri və yerli rəsmilər də iştirak etmişlər.


 

: 150