| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan tədqiqatçısı Vaşinqtonda “Cənubi Qafqazın 20 illik müstəqillyi”nə həsr olunmuş konfransda çıxış etmişdir

2011-09-16 04:54:00

Sentyabrın 15-də Vaşinqtonun nüfuzlu Strateji və Beynəlxlaq Araşdırmalar Mərkəzində "Cənubi Qafqazın 20 illik müstəqilliyi: Nailiyyətlər və çətinliklər” mövzusunda konfrans keçirilmişdir. Müzakirələr zamanı ABŞ-ın müxtəlif nazirliklərinin rəsmiləri, eləcə də bölgəmiz üzrə tanınmış tədqiqatçılar Azərbaycan, Ermənistan və Gürcüstanın müstəqillikdən bəri keçdikləri yola nəzər salmış, bu dövlətlərin keçid mərhələsində ABŞ əməkdaşlığı, dəstəyi və yardımı nəticəsində aparılan bir sıra islahatlar barədə danışmış, Amerikanın bu bölgədə qurduğu tərəfdaşlığa dair səylərini təhlil etmişlər. 
Hər üç Cənubi Qafqaz bölgəsinin müstəqillik illərindən götürdükləri ibrət dərsləri barədə yerli təhlilçilər də çıxış etmişlər. Azərbaycanın Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov bildirmişdir ki, 70 illik Sovet nəzarəti altından çıxan Qafqaz dövlətləri özünəməxsus inkişaf yolu, siyasi, iqtisadi və social-mədəni keçid modeli seçmişlər. Azərbaycan müstəqillik yoluna bütün çətinliklərlə yanaşı, Ermənistanın qanunsuz işğalı nəticəsində 20% torpaqlarını itkisi ilə başlamışdır. Müharibə nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ölkəmizin qarşılaşdığı böhranı bir qədər də dərinləşdirmişdir. Bu humanitar böhran münaiqşənin həlli tapilmadığına görə bu gün də davam edir. 
50%-dən çox yoxsulluğun mövcudluğu, kriminogen vəziyyətin təhlükəli, hökumət təsisatlarının səmərəsiz olduğu xaos şəraitdə Azərbaycan müstəqilliyini elə ilk illərində bir daha itirmək qorxusu ilə üzləşmişdir. Xalqın seçimi mahir siyasətçi və görkəmli ictimai xadim Heydər Əliyevi hakimiyyətə gətirmək olmuşdur. 1993-cü ildə ümumilli lider Heydər Əliyevin Bakıya gəlməsi Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrilmişdir. Prezident Heydər Əliyevin uzun müddətli sabitlik və sülhməramlı inkişaf üzərində qurulan uzaqgörən siyasəti bu gün İlham Əliyev hakimiyyəti tərəfindən də davam etdirilir və hər seçkilərdə Azərbaycan seçicisinin dəstəyini qazanır. 
Tədqiqatçı qeyd etmişdir ki, son 20 ili ölkəmiz vaxt itirməyərək Azərbaycan ictimayyətinin birləşdirilməsi, iqtisadiyyatın sabitləşdirirlməsi, dövlət sistemlərinin qururlması kimi vacib məsələlərin həllinə sərf etmişdir. Makroiqtisadi sabitlik üzrə beynəlxalq reytinqlərdə dövlətimiz aparıcı yerlərdən birini tutur. Bu gün biz, çoxşahəli marşrutalrla qərb bazarlarına enerji daşıyıcıları çatdırmaqla Avropanın enerji təhlükəsizliyini təmin edirik. Cənubi Qafqaz bölgəsi iqtisadiyyatının 75%-ni təşkil edən Azərbaycanın müdrik maliyyə siyasəti nəticəsində ölkə 2009-2011-ci illərin qlobal maliyyə böhranından kənar qalmış, hətta iqtisadiyyatını 9% artırmağa müvəffəq olmuşdur. Rəşad Kərimovun sözlərinə görə, bu gün ölkədə yoxsulluğun səviyyəsi 9%-dən, işsizlik isə 6%-dən aşağıdır. Bu, rəqəmlər hətta Birləşmiş Ştatlardakı müvafiq göstəricilərdən də aşağıdır. R.Kərimov, demişdir: "Biz, xarici yardımdan asılı olmayan ölkəyə çevrilmişik. Biz, öz enerji təhlükəsziliyimizi təmin etmiş, qida təhlükəsizliyinin də təmin edilməsi üzərində işləyirik.” 
Tədqiqatçı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Cənubi Qafqaz bölgəsinin sabitliyi və təhlükəsizliyinə ən böyük maneə kimi dəyərləndirmiıdir. O, bildirmişdir ki, ölkəmizin iqtisadi uğurları son illər ərzində güclü ordu yaradırlmasına imkan versə də, rəsmi Bakı münaqişənin hələ də dinc yolla, beynəlxlaq hüquq normalarına əsaslanaraq həllinin tərəfdarıdır. Dağlıq Qarabağ düyünü çözüləcəyi təqdirdə Ermənistan da, Azərbaycanın təşəbbüskarı olduğu əhəmiyyətli geosiyasi layihələrdən faydalana bilər və qonşu dövlətlərlə münasibətlərini Gürcüstan-Azərbaycan arasında yaranan sıx dostluq və tərəfdaşlıq səviyyəsinə qaldıra bilər. 
ABŞ-Azərbaycan starteji tərəfdaşlığından söhbət açan Azərbaycan tədqiqatçısı Obama hakimiyyətini Cənubi Qafqaz bölgəsindəki dostlarını unutmamağa çağırmış, xüsusilə Azərbaycanla münasibətləri bölgədə marağı olan digər nüfuzların maraqlarına qurban verməməyi tövsiyə etmişdir. 


 

: 389