| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan və Avropa İttifaqı: strateji tərəfdaşlığın yeni istiqamətləri

2008-09-23 13:14:00

22 sentyabr 2008-ci il tarixində Berlində "Azərbaycan və Avropa İttifaqı: Strateji tərəfdaşlığın yeni istiqamətləri” mövzusunda təşkil edilmiş konfrans keçirilmişdir. Almaniya tərəfi Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Almaniya xarici işlər nazirinin xüsusi nümayəndəsi, Almaniya parlamentinin üzvləri, ölkəmiz isə, hökumət nümayəndələri və siyasətşünaslarla təmsil olunmuşdur.

Almaniyada böyük marağa səbəb olmuş Berlin konfransında 90-dan çox avropalı mütəxəssis, ölkədə akkreditə olunmuş bəzi səfirliklərin və alman mətbuatının nümayəndələri iştirak etmiş, Azərbaycan - Aİ münasibətlərinin bugünkü vəziyyəti perspektivləri mövzusunda maraqlı müzakirələr aparılmışdır.


 

: 676