| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

AZƏRBAYCAN VƏ RUSİYA “BEYİN MƏRKƏZ”LƏRİNİN GENİŞLƏNMƏKDƏ OLAN ƏMƏKDAŞLIĞI ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANIN STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN RƏHBƏRİ RUSİYALI HƏMKARLARI QARŞISINDA ÇIXIŞ EDƏCƏK

2009-10-13 13:43:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətinin verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair bir sıra tədbirlər keçirilək.

Oktyabrın 15-i 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi və Rusiya Strateji Araşdırmalar İnstitutunun birgə layihəsi əsasında Rusiyanın paytaxtı Moskva şəhərində "Rusiya - Azərbaycan: ikitərəfli münasibətlərin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçiriləcək.

Tədbirdə iştirak etmək üçün yola düşəcək azərbaycan nümayəndə heyətinə SAM-ın direktoru cənab Elxan Nuriyev rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə - AMEA-nın Fəlsəfə, sosiologiya və hüquq İnstitutunun direktoru İlham Məmməmzadə, Prezident Administrasiyasının Siyasi analiz və informasiya təminati şöbəsinin aparıcı məsləhətçisi Fərhad Məmmədov, müstəqil siyasi ekspert Rasim Musabəyov daxildir. Tədbirdə, həmçinin Rusiyanın tanınmış siyasi ekspertləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi gözlənilir. Toplantıda iki ölkə arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Oktyabrın 16-ı isə Rusiyaya səfəri çərçivəsində SAM-ın direktorunun Rusiya Xarici İşlər Nazirliyi nəzdində Diplomatik Akademiyanın rəhbəri ilə görüşü, tələbə və müəllim heyəti qarşısında "Azərbaycanın xarici siyasətindəki prioritetləri” mövzusunda çıxışı nəzərdə tutulub. Qeyd edək ki, görüşdə müvafiq dövlət strukturları arasında qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Elə həmin gün Rusiyanın Karnegi Mərkəzində dəyirmi masa keçiriləcək və SAM-ın rəhbəri "Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda məruzə ilə çıxış edəcək.

Nəzərdə tutulmuş səfər çərçivəsində E.Nuriyev Rusiyanın aparıcı "beyin mərkəzlərinin” rəhbərləri ilə görüşüb, iki dövlətin analitik institutları arasında elmi-tədqiqat sahəsindəki əməkdaşlığına aid olan regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaqlar.


 

: 139