| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları

2008-06-21 11:10:00

20 iyun 2008-ci il tarixində Londonda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu, Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə "Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları” mövzusunda konfrans keçirilmişdir. Konfransda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun habelə Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin rəhbərliyi, Avropa İttifaqı İqtisadi Tədqiqat Mərkəzi, London İqtisadiyyat Məktəbi, NATO Parlament Assambleyası və digər beynəlxalq qurumların, biznes, maliyyə-bank təşkilatlarının, Böyük Britaniya hökumətinin nümayəndələri, nüfuzlu ekspert və politoloqlar iştirak etmişdir.


 

: 726