| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Bakıda “Əsas regional perspektivlər: Xəzər və Avropa arasında tranzit enerji marşrutları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

2012-04-03 12:52:00

2012-ci ilin aprel ayının 2-də Bakıdakı «Avropa» hotelinin konfrans salonunda  Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Finlandiyanın Xarici İşlər Nazirliyi və Helsinki Universitetinin Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə "Əsas regional perspektivlər: Xəzər və Avropa arasında tranzit enerji marşrutları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Azərbaycan, Böyük Britaniya, Rumıniya, Finlandiya, İtaliya, Hollandiya və Polşadan olan alimlər, mütəxəssislər, beynəlxalq təşkilatların və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Tədbirdən məqsədi Cənub enerji dəhlizinin geosiyasi əhəmiyyəti, imkanları, təhlükəsizlik məsələləri və kommersiya risklərinə dair fikir mübadiləsi aparmaqdır.
Son bir ildə Xəzər regionunun neft-qaz şirkətləri üçün əhəmiyyətli regiona çevrildiyini vurğulayan Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva bildirmişdir ki, burada yerli şirkətlər tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu ilin iyunundan isə "Şahdəniz-2” layihəsinin Mərkəzi Avropaya marşrutu müəyyənləşəcəkdir. Bundan sonra "Şahdəniz” konsorsiumunun əsas prinsipləri, strategiyası və digər məsələləri də aydınlaşdırılacaqdır.

Avropa ilə Xəzər regionu arasında geosiyasi və enerji sahələrində əməkdaşlığından danışan Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kivinen vurğulamışdır ki, Xəzərin enerji resursları Avropanın diqqət mərkəzindədir.

Konfransın əhəmiyyətini yüksək qiymətləndirən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirmişdir ki, Xəzər regionu ilə Avropa arasında tranzit enerji marşrutları regionda əsas proseslərdən birini təşkil edir. Diplomat enerji sahəsindəki əməkdaşlığın həm Rumıniya, həm də Azərbaycan üçün vacib olduğunu qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamışdır.

Konfransda SAM-ın elmi işçisi Gülmira Rzayeva və başqaları Xəzərin enerji resurslarının Avropanın diqqət mərkəzində olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi yer tutur. Avropa İttifaqı Cənub Dəhlizi, Nabukko kimi layihələrin həyata keçirilməsi, eləcə də Xəzərin enerji ehtiyatlarının şaxələndirilməsinin tərəfdarıdır.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.



 

: 206