| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Şöbələr

2013-02-03 15:21:12

Daxili siyasətin təhlili şöbəsi

Şöbə ölkənin daxili siyasət kursu, onun reallaşdırılması mexanizmləri, bu sahədə mövcud problemlər və onların həlli yolları ilə bağlı elmi-konseptual araşdırmalar apararaq, Azərbaycan Respublikasının ictimai maraqlarının müəyyənləşdirilməsi, təminatı və qorunması sahəsində elmi-analitik tədqiqatlar həyata keçirir və ölkə daxilində baş verən köklü islahatların mühüm aspektlərinin araşdırılması, daxili siyasi qüvvələrin davranış trayektoriyasının izlənilməsi və bu proseslərin ölkəmizin inkişafı üçün mümkün təsir imkan və ehtimallarının müəyyənləşdirilməsi ilə məşğul olur.

Xarici siyasət məsələlərinin təhlili şöbəsi

Şöbə beynəlxalq münasibətlər sistemində baş verən köklü transformasiyaların mühüm aspektlərinin araşdırılması, beynəlxalq və regional aktorların siyasi davranış trayektoriyasının izlənilməsi, bu proseslərin ölkəmiz üçün mümkün təsir imkan və ehtimallarının müəyyənləşdirilməsi, habelə ölkəmizin xarici siyasət kursu, onun reallaşdırılması mexanizmləri, bu sahədə mövcud problemlər, onların həlli yolları ilə bağlı elmi-konseptual araşdırmaların aparılması ilə məşğuldur.

İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi

Şöbənin əsas fəaliyyət istiqaməti Azərbaycan və dünya iqtisadiyyatında baş verən bütün hadisələri və tendensiyaları izləmək, araşdırmaq və analiz etmək, habelə şöbə tərəfindən keçirilmiş araşdırmalar əsasında proqnozlar, məsləhətlər və tövsiyələr verməkdir. Şöbənin tədqiqat fəaliyyəti bir neçə vacib istiqamətlərdə formalaşır. Bunlar – Azərbaycan Respublikasında və dünyada cərəyan edən iqtisadi prosesləri, ölkə və dünya iqtisadiyyatının inkişaf meyllərini və qloballaşma proseslərini izləmək, təhlil etmək, proqnozlar verməkdən ibarətdir. Şöbənin məqsədi iqtisadiyyatda ciddi proseslərə təsir göstərə bilən amillər üzrə tədqiqatlar aparmaq, bu işlər əsasında müxtəlif proqramlar, konsepsiyalar və digər analitik sənədlər hazırlamaqdır.


 

: 12390