| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Brüsseldə Cənubi Qafqazın müasir geosiyasəti müzakirə olunacaq

2011-12-14 04:24:09

14 dekabr 2011-ci il tarixində Brüsseldə Avropa Siyasəti Mərkəzinin, Avrasiya Əməkdaşlıq və Robert Bosch Stiftung Fondlarının birgə təşkilatçılığı ilə "Cənubi Qafqazda təsir qazanmaq uğrunda mübarizə: Avropa İttifaqının rolu nədir?” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə Strateji Araşdırmalar Mərkəzinin eksperti Zaur Şiriyev Aİ-Azərbaycan əlaqələri, regiondakı güclər balansının vəziyətə təsiri barədə çıxış edəcək.

Konfransda Avropa Siyasəti Mərkəzinin analitiki Amanda Pol, "Chatham House” Kral Beynəlxalq Münasibətlər Institutunun eksperti Ceyms Niksi, Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Corc Zarubin, Qafqaz Tədqiqat Resurs Mərkəzləri proqramının(QTRM) regional direktoru Hans Qutbrod və digər ekspertlər də iştirak edəcək.

Tədbirdə Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiya hədəfləri, bu istiqamətdəki problemlər, Avropa İttifaqının region siyasətinin xüsusiyyətləri və digər regional aktorların rolu müzakirə ediləcək.



 

: 395