| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Brukinqs (Brookings) İnstitutunun ekspertləri SAM-ın qonağı olmuşdur.

2015-05-06 15:44:47

6 may 2015-ci il tarixində ABŞ-ın və dünyanın nüfuzlu beyin mərkəzi sayılan Brukinqs  İnstitutunun ekspertləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olmuşdur.

 

Görüş zamanı SAM-ın direktoru Fərhad Məmmədov Mərkəzin elmi və tədqiqat fəaliyyəti, Azərbaycan Respublikasının xarici siyasəti, ölkəmizin qarşısında duran perspektivlər və çağırışlar, habelə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və problemin həll olunmaması səbəbləri barədə qonaqları məlumatlandırmışdır.

 

Vaşinqton şəhərində yerləşən Brukinqs İnstitutu əsasən xarici siyasət, beynəlxalq iqtisadiyyat və inkişaf, iqtisadiyyat və idarəçilik mövzularında tədqiqatlar aparır. 2014-cü ildə Pensilvaniya Universitetinin beyin mərkəzlərinə (2014 Global Go to Think Tanks) dair hesabatında Brukinqs İnstitutu dünyanın ən nüfuzlu beyin mərkəzi kimi göstərilmişdir.   



 

: 1199