| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Buenos-Ayresdə SAM və Argentina Beynəlxalq Əlaqələr Şurası(CARİ) arasında əməkdaşlığa dair Memorandum imzalanacaq

2011-11-18 04:28:00

21-25 noyabr 2011-ci il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktor müavini Gülşən Paşayeva Argentinada səfərdə olacaq.

Səfər çərçivəsində Buenos-Ayresdə Latın Amerikasının aparıcı beyin mərkəzlərindən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurası(CARİ) və SAM arasında əməkdaşlığa dair Memorandumun imzalanması nəzərdə tutulub. İmzalanacaq sənəddə tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.

Səfər çərçivəsində SAM-ın direktor müavini Gülşən Paşayeva CARİ-də "Azərbaycan regional və qlobal siyasətdə” mövzusunda keçiriləcək konfransda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” adlı məruzə ilə çıxış edəcək. Tədbirdə Azərbaycanın daxili və xarici siyasəti, Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində oynadığı rol, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun regional təhlükəsizliyə təsiri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.

Səfər müddətində Azərbaycan Respublikasının Argentinadakı səfirliyi tərəfindən dövlətimizin müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub ki, orada G.Paşayevanın iştirakı da planlaşdırılır. 



 

: 410