| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Caucasus International” jurnalının növbəti sayı nəşr edilmişdir

2015-06-04 12:46:17

“Caucasus International” jurnalının növbəti sayı Qafqaz və Avrasiya regionunda miqrasiya və qaçqınlar probleminə həsr edilmişdir.

 

Jurnalın qeyd edilən sayında Azərbaycandakı qaçqın və məcburi köçkün problemi, Dağlıq Qarabağ Regionunun Azərbaycanlı İcması, Suriyalı qaçqınlar problemli və onun qonşu dövlətlər üçün humanitar və təhlükəsizlik çağırışları, Avropadakı multikulturalizmin böhranı və bunun qaçqınlar üçün yaratdığı problemlər kimi məsələlərə toxunulmuşdur. Ümumilikdə jurnalın bu sayında bəhs edilən mövzulara dair 11 məqalə və bir müsahibəyə yer verilmişdir.

 

Həmçinin ənənəvi olaraq jurnalda son dövrlər nəşr edilmiş beynəlxalq münasibətlər və siyasət sahəsində ən məşhur kitablardan olan ABŞ keçmiş dövlət katibi Henri Kissincerin “Dünya nizamı” kitabının geniş xülasəsi və Qafqaz və Xəzər regionlarına dair yeni nəşr edilmiş kitabların qısa icmalları əksini tapmışdır.

 



 

: 873