| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Caucasus International” jurnalının növbəti sayı nəşr edilmişdir

2014-12-23 08:54:16

“Caucasus International” jurnalının növbəti sayı Sülh Naminə Tərəfdaşlıq (SNT) – NATO-nun alyansa qeyri-üzv dövlətlərlə ilk və ən əhatəli əməkdaşlıq proqramının 20-ci ildönümünə həsr edilmişdir.

 

Jurnalda NATO-nun regiondakı rolu və proqram iştirakçılarının alyans ilə tərəfdaşlığının müxtəlif aspektlərini təhlil edən və müxtəlif yerli və xarici ekspertlər tərəfindən yazılmış 12 məqaləyə yer verilmişdir.

 

Ukraynada baş verən hadisələr fonunda NATO-nun regional siyasətinə diqqətin artması və son 20 il ərzində təhlükəsizlik mühitində baş vermiş ciddi dəyişikliklər jurnalın bu sayının əhəmiyyətini xüsusilə artırmışdır.  

 

Jurnala daxil edilmiş məqalələr NATO-nun post-Sovet regionundakı siyasətinin və region ölkələri ilə əməkdaşlığının müxtəlif aspektləri, o cümlədən NATO-Rusiya münasibətləri və “yumşaq təhlükəsizlik” sahəsindəki əməkdaşlıq, NATO-nun enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu və alyansın Cənubi Qafqazda enerji infrastrukturunun mühafizəsinə mümkün töhfəsi, təşkilatın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin təkamülü və Türkiyənin SNT proqramındakı rolundan bəhs edir.

 

Eyni zamanda jurnalın xüsusi bölümündə Akademik Ramiz Mehdiyev tərəfindən qələmə alınmış “Dağlıq Qarabağ: mərxəzlərdən oxunmuş tarix” kitabı barədə məlumat xarakterli geniş annotasiyaya yer verilmişdir.

 

Jurnalda, həmçinin, post-Sovet ölkələri və Türkiyədən bəhs edən cari il ərzində çap olunmuş önəmli kitablara dair qısa xülasələr əksini tapmışdır. 


Jurnalı bu linkdən oxuya bilərsiz



 

: 1262