| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Caucasus International” jurnalının növbəti sayı nəşr edilmişdir

2015-10-01 15:14:42

“Caucasus International” jurnalının növbəti sayı beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemində yaşanan böhrana həsr edilmişdir. 

Jurnalın bu sayında qeyd edilir ki, böhran şəraitində beynəxalq hüquq prinsiplərinə hörmət edilmir. Dünyanın müxtəlif regionlarında münaqişələrin sayı artır, müxtəlif qlobal problemlərin təsir dairəsi genişlənir, beynəlxalq münasibətlərdə ədalət prinsipinə riayət edilmir.

Beynəlxalq münasibətlər sistemini tənzimləmək və beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinə nəzarət etməli olan beynəlxalq təşkilatlar effektiv fəaliyyət göstərmir, beynəlxalq əməkdaşlıq və problemlərin həlli üçün platforma rolunu oynamaq yerinə böyük güclərin maraqlarının reallaşdırılması mexanizminə çevrilməkdədir.

Müəlliflər qeyd edir ki, ikili standartlar və böyük güclər tərəfindən  öz maraqları naminə eyni tipli məsələlərə fərqli yanaşma bu böhranın yaranmasında əsas rol oynayan faktordur.



 

: 1203