| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Caucasus International” jurnalının növbəti sayı nəşr edilmişdir

2013-01-28 03:42:00

SAM və Avrasiya Elm Adamları Dərnəyinin (Ankara) ortaq nəşri olan "Caucasus International” jurnalının növbəti, beşinci sayı nəşr edilmişdir.  
Jurnalın bu sayında beynəlxalq münasibətlər nəzəriyyəsinin inkişafında böyük rolu olmuş Professor Con Merşaymerin Ərəb Baharından sonrakı vəziyyət, beynəlxalq əlaqələrdə ”strateji yalan” və xüsusilə də Türkiyənin  Orta Şərq regionundakı hadisələrin inkişafına baxışı,  ABŞ-ın keçmiş müdafiə naziri və hazırda Ramsfeld Fondunun təsisçisi Donald Rumsfeldin ABŞ-dakı president seçkilərinin nəticələri, hərbi büdcə ilə bağlı gedən müzakirələrə münasibəti və Cənubi Qafqaz ölkələri ilə ABŞ-ın münasibətlərinə dair fikirləri, ABŞ-ın Hudson İnstitutunun siyasi-hərbi analitik Mərkəzinin  direktoru və baş elmi işçi Richard Veyitzin Suriya məsələsində Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumu ilə bağlı şərhi,  Kanadanın Karleton Universitetinin Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katlerin Xəzər  hövzəsində enerji təhlükəsizliyinə  təhlükə və çağırışlar, Yaxın Şərq İnstitutunun eksperti Aleks Vatankanın Xomeyni və İranın xarici siyasəti mövzularında məqalələri və digər nüfuzlu müəlliflərin yazıları çap olunmuşdur. Jurnalın bu sayında Avrasiya regionunda təhlükəsizlik məsələləri, Rusiyanın xarici siyasəti və "yumşaq güc” imkanları, Avropa İttifaqı və ABŞ-ın regiondakı rolu və başqa məsələlər müzakirə olunur. 
Xatırladaq ki, "Caucasus International” jurnalı təkcə Qafqaz regionunda deyil, dünyada gedən qlobal məsələlərin intellektual müzakirəsini təşviq edir və artıq Türkiyənin kitab satış dükanlarından, www.amazon.com  satış saytından əldə etmək mümkündür.


 

: 75