| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Caucasus International” jurnalının növbəti sayı nəşr edilmişdir

2016-01-12 08:28:19

2015-ci ilin dekabr ayında nəşr edilən “Caucasus International” jurnalının 2015-ci il üçün sonuncu sayı (Vol. 5 • No: 3 • Winter 2015) Azərbaycanın qonşusu və strateji müttəfiqi Gürcüstandakı siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə həsr edilmişdir.

 

Jurnalda Gürcüstanın Avroatlantika məkanına inteqrasiyasının perspektivləri, Rusiya – Gürcüstan münasibətləri, 2008-ci il avqust müharibəsnin Gürcüstana və Cənubi Qafqaza təsirləri, Gürcüstanın enerji təhlükəsizliyi sahəsində qarşılaşdığı çağırışlar, NATO-nun Cənubi Qafqazdakı enerji infrastrukturunun mühafizəsinə verə biləcəyi töhfələr, Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli əməkdaşlığı, Məhsəti türklərinin Gürcüstana qayıdışı məsələsi, Cavaxetiya bölgəsində erməni separatçılığı və gündəmdə duran bir sıra digər önəmli məsələlərə toxunulmuşdur.

 

Ənənəvi olaraq, jurnalın qeyd edilən sayı David Milnenin “Dünya quruculuğu: Amerika diplomatiyasının incəsənəti və elmi” kitabının geniş, regionumuza dair nəşr edilmiş bir sıra digər kitabların isə qısa icmallarına yer verilmişdir

 



 

: 1318