| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Çexiya Respublikasının XİN müavini SAM-ın qonağı olmuşdur

2015-05-20 12:15:12

20 may 2015-ci il tarixində Çexiya Respublikasının Xarici İşlər Nazirinin birinci müavini Petr Drulak 19-20 may 2015-ci il tarixlərində XİN-lərarası məsləhətləşmələrin keçirilməsi məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olmuşdur.    

Çexiya Respublikasının Xarici İşlər Nazirinin birinci müavini Petr Drulak və Çexiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka SAM-ın direktoru Fərhad Məmmədov və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili-Əliyevlə görüşmüşlər.

 

Görüşün əvvəlində Fərhad Məmmədov SAM-ın fəaliyyəti və ölkədəki siyasi - iqtisadi vəziyyət barədə ümumi məlumat vermişdir.


Görüş zamanı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqının münaqişəyə dair mövqeyi, həmçinin qlobal çağırışlara uyğun strategiyanın seçilməsi məsələlərinə toxunulmuş, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.



 

: 1227