| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin və Sülh və Tərk-silah Cəmiyyətinin sədr müavini Ma Biaonun başçılıq etdiyi nümayəndə heyəti SAM-ın qonağı olmuşdur

2014-11-07 15:21:12

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin və Sülh və Tərk-silah Cəmiyyətinin sədr müavini Ma Biaonun başçılıq etdiyi nümayəndə heyəti 3-6 noyabr tarixlərində Bakı şəhərində səfərdə olmuşlar. 

 

Səfər çərçivəsində 4 noyabr 2014-xü il tarixində Çinin nümayəndə heyəti Milli Məclis sədrinin müavini  Ziyafət Əsgərov və YAP sədrinin müavini-icra katibi Əli Əhmədovla görüşmüşlər.

 

Görüş zamanı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə Çin Xalq Respublikası ilə əlaqələrin önəmli yeri xüsusilə vurğulanmışdır.

 

5 noyabr tarixində Çinli qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olmuşlar. 

 

Çinli nümayəndə heyətinin tərkibində "ÇXR-in Sülh və Tərk-silah Cəmiyyəti"-nin sədr müavini Hejun, "ÇXR-in Sülh və Tərk-silah Cəmiyyəti"-nin baş katibi Zhurui, "ÇXR-in Sülh və Tərk-silah Cəmiyyəti"-nin şöbə müdiri Hou Hongyu, "ÇXR-in Sülh və Tərk-silah Cəmiyyəti"-nin şöbə müdirinin müavini Zhu Fagen və "ÇXR-in Sülh və Tərk-silah Cəmiyyəti"-nin sədr müavinin katibi ZhangYue və ÇXR-in ölkəmizdəki Səfiri Hong Jiuyin və digər şəxslər iştirak etmişdir.   

 

Görüşdə SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva,  “Xarici siyasət məsələlərinin təhlili” şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov  iştirak etmişdir.

 

Tədbirdə son illər ərzində iki ölkə arasında inkişaf edən münasibətlərə toxunan Fərhad Məmmədov cari ilin may ayında Şanxay şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə toplantısı zamanı çinin ən nüfuzlu qəzeti olan “Qlobal Times” qəzetinə müsahibə verən cənab İlham Əliyev Azərbaycanın  Yeni İpək Yolunun ən mühüm strateji ölkələrdən olmasını qeyd etmişdir. 

 

Çinli qonaq son zamanlar Çində aparılan islahatlara dair ətrafli məlumat vermişdir. Görüşlərdə qarşılıqlı maraq kəsb edən əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunmuşdur. 



 

: 3298