| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli akademik jurnalının təqdimatı keçiriləcək

2011-12-08 04:24:00

9 dekabr 2011-ci il tarixində Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli "Caucasus International” akademik jurnalının təqdimat mərasimi keçiriləcək.

Cari ilin iyulun 15-də Türkiyədə Cənubi Qafqaz regionu ətrafında intellektual müzakirələri təşviq etmək və beynəlxalq arenada bu müzakirələri istiqamətləndirmək məqsədilə, müəllifləri xarici və region dövlətlərinin elm xadimləri və araşdırmaçıları olan "Caucasus International” jurnalının ilk sayı Strateji Araşdırmalar Mərkəzinin(SAM) dəstəyi ilə işıq üzü görmüşdür. Redaksiya heyətinə dünyanın beynəlxalq münasibətlər sahəsinin nüfuzlu simaları daxil olduğu jurnal Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən rübdə bir dəfə, ingilis dilində nəşr olunması məqsədilə təsis olunub və SAM ilə əməkdaşlıq çərçivəsində nəşr olunur.

Qeyd edək ki, "Caucasus International” jurnalının iki nömrəsi artıq işıq üzü görüb.

Tədbirdə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil müəssisələrinin, vətəndaş  cəmiyyətinin, ölkənin aparıcı KİV-lərinin təmsilçiləri, yerli və beynəlxalq ekspertlər də iştirak edəcək.

Vaxt: 9 dekabr 2011-ci il, saat 18.30

Məkan: "Dalğa Plaza” Biznes Mərkəzinin "Dalğa” restoranı (ünvan:Neftçilər prospekti 24)



 

: 15