| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti

2011-03-21 05:53:00

2 iyun 2010-cu il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə əsas məruzəçi qismində ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar iştirak edəcək.

Görüşdə Azərbaycan-ABŞ münasibətləri, rəsmi Vaşinqtonun Avrasiya Enerji Strategiyası, enerji sahəsində əməkdaşlıq və onun inkişaf perspektivləri, Cənubi Qafqazda münaqişələr, beynəlxalq təhlükəsizlik və digər bu kimi məsələlərin müzakirə mövzusu olacağı gözlənilir.

Təşkil olunacaq tədbirdə SAM-ın və XİN–in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcək.

Tədbir ingilis dilində keçiriləcək.


 

: 181