| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

ÇXR-də “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimi keçiriləcək

2016-05-03 10:58:08

5-6 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti müəllifinin SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimovun olduğu “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimində iştirak etmək üçün Pekin (Çin) şəhərinə səfər etmişdir.


Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov və SAM-ın Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov daxildir.


Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi və Strateji Araşdırmalar Mərkəzidir.   


“Azərbaycanın inkişaf yolu” kitabında Azərbaycan Respublikasının son 25 ildə keçdiyi yol, milli dövlət quruculuğu, iqtisadi inkişaf, gələcək inkişaf planları, Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsi kimi mövzular müzakirə olunmuşdur.


Səfər ərəfəsində nümayəndə heyətinin Beynəlxalq Problemlərin Araşdırmaları Akademiyası, ÇXR Beynəlxalq Münasibətlər Akademiyası, ÇXR Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamenti, Hərbi İşlər üzrə Araşdırma İnstitutu, ÇXR XİN və ÇXR Tərksilah və Sülh Cəmiyyətində görüşləri nəzərdə tutulub.   



 

: 28