| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda keçirilmiş konfrans

2010-03-12 17:23:00


Bu il martın 12-də Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi qrupunun birgə təşkil etdiyi dilmiş "Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda konfrans keçirilmişdir. Moderatoru İnsan Hüquqlarına dair Birgə İşçi Qrupun üzvü, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murmanın olduğu konfransın keçirilməsində məqsəd demokratik dövlətlərdə media azadlığı, jurnalist-cəmiyyət münasibətlərini, bu istiqamətdə beynəlxalq təcrübənin və Azərbaycanda media və söz azadlığı sahəsində nailiyyətlər və problemlərin müzakirə olunması, KİV işçilərinə müvafiq tövsiyələrin verilməsi idi. Tədbirdə 20-dən çox xarici qonaq – media problemləri üzrə ekspertlər, hüquqşünaslar və KİV işçiləri, eləcə də yerli mütəxəssislər, jurnalistlər, dövlət rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Konfrans ifadə azadlığının azad və demokratik cəmiyyətlərin özəyini təşkil edənşərtolmasını nəzərə alaraq, hüquqi normalar jurnalistikanın ümumi qəbul olunmuş prinsiplər əsasında həyata kecirilməsini təmin etmək üçün yenilənib daha da gücləndirilməsini, bu peşənin icrasının milli dəyərlərə hörmət əsasında həyata kecirilməsini, bunun jurnalistlərin müstəqil peşə təşkilatları tərəfindən tənzimlənməli olmasını, ölkənin sabitliyinə zərər verə biləcək hallardan başqa jurnalistlərin təqibinə moratorium qoyulmasına ehtiyacın olmasını özündə əks etdirən qətnamə qəbul etdi.

 



 

: 375