| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Dünya enerji sisteminə baxış 2011” adlı hesabatın təqdimatı keçirilib

2011-12-03 10:30:00

2 dekabr 2011-ci il tarixində Strateji Araşdırmalar Mərkəzində Beynəlxalq Enerji Agentliyinin hazırladığı "Dünya enerji sisteminə baxış 2011” (World Energy Outlook 2011) adlı xüsusi hesabatın təqdimatı keçirilmişdir.

Hesabat Beynəlxalq Enerji Agentliyinin Qlobal Enerji Dialoqu üzrə direktoru Ulrix Benterbuş tərəfindən təqdim olunmuşdur.

Ulrix Benterbuş Beynəlxalq Enerji Agentliyinin hazırladığı və noyabrın 9-u işıq üzü gördüyü "Dünya enerji sisteminə baxış 2011” hesabatı haqqında məlumat verərək, qlobal enerji bazarlarının durumu, bu sahədə yürüdülən siyasəti, enerjiyə olan gələcək tələb və təklif mexanizmlərindən danışmışdır.

Hesabatda dünya enerji sisteminin qarşılaşdığı problemlər, sərmayələrin neft-qaz sektoruna cəlb olunmasında yaranan maneələr, nüvə enerjisinin istifadəsinin sürətlə azalması prosesi, dünyanın kömür hasilatına tələbatının artması, iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, bərpa olunan enerji hasilatına dəstək və s. önəmli məsələlərə toxunulmuşdur.

Bundan əlavə, "Dünya enerji sisteminə nəzər 2011” hesabatında Rusiyanın enerji siyasəti, xüsusilə onun Xəzər dənizi hövzəsi daxil olmaqla dünya bazarlarındakı mövqeyi geniş təhlil olunmuşdur.

Təqdimat PDF formatında



 

: 117