| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Dr. Liam Foks “Global Təhlükəsizlik üçün Dəyişən Təhdidlər” mövzusunda məruzə ilə çıxış etdi

2012-07-20 17:52:00

Britaniyanın keçmiş müdafiə naziri və millət vəkili Dr. Liam Foks 20 iyul tarixində Strateji Araşdırmalar Mərkəzində "Qlobal Təhlükəsizlik üçün Dəyişən Təhdidlər” mövzusunda məruzə ilə çıxış etdi. Onun çıxışı əsasən təhlükəsizlik məqsədləri ilə regional və qlobal əməkdaşlıq, davamlı inkişaf və keçmiş sovet ölkələrində regional münaqişələrin həllinin vacibliyi haqqında idi.

Dr. Liam Foks İranla bağlı beynəlxalq təzyiqlərin və marağın artdığı bir zamanda SAM-a təşrif buyurmuşdu. O, İranın öz qonşuluğunda eləcə də digər bölgələrdə Sünni-Şiə soyuq müharibəsini qıcıqlandırdığını qəbul etdi. Rusiyanın İranı nüvə materialları ilə təmin etmək təklifinə gəldikdə isə Dr. Foks bu təklifin sülh məqsədi daşıdığına və rəsmi Tehranın sülh məqsədləri ilə nüvə proqramı yaratmaq istəyini təmin edəcəyinə ümid etdiyini bildirdi və eləcə də beynəlxalq ictimaiyyətin bu istiqamətdə öz diplomatik səylərini artırmalı olduğunu vurğuladı.

Keçmiş sovet ölkələrində demokratik inkişafa gəldikdə isə Liam Foks optimist fikirlər söylədi və bildirdi ki, Britaniyada da demokratiya bir gecəyə qurulmayıb. O, demokratik cəmiyyətin yaradılması üçün üç əsas elementin vacib olduğunu bildirdi: birincisi, iqtisadi azadlıq və azad bazar yaratmaq bacarığı; ikincisi, məhkəmə və inzibati qanunlar; üçüncüsü, ən adi hüquqların hamı tərəfindən qəbul edilməsi.

Sabiq müdafiə naziri həmçinin Cənubi Qafqazda regional münaqişələr, xüsusilə Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi mövzusuna qısaca toxundu. O, regionda vəziyyətin Azərbaycan və Gürcüstan ərazilərinin işğalı və İranın nüvə proqramına görə mürəkkəb olduğunu bildirdi. Dr. Foks beynəlxalq ictimaiyyətin Azərbaycanın suverenliyi və ərazi toxunulmazlığını tanıdığını vurğuladı və "beynəlxalq ictimaiyyətin işğal faktını da tanımalı olduğunu” bildirdi. Regionun təhlükəsizliyi ilə bağlı o, qeyd etdi ki, "Gürcüstan və Azərbaycan yeni təhlükəsizlik inşasında Avropanın vacib əməkdaşlarıdırlar”.

Məruzə sual-cavab ilə başa çatdı və Dr. Liam Foks Suriyadakı vəziyyət daxil olmaqla bir sıra mövzularla bağlı sualları cavablandırdı. 




 



 

: 905