| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Forum

2012-06-23 00:26:00

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyi və ASAIF –in təşkilatçılığı ilə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu 26-27 oktyabr 2012-ci il tarixində baş tutacaqdır.

Forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaqdır.
Forumda iştirak etmək üçün hal-hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlar və doktorantlar müraciət edə bilərlər.
Forumda iştirak etmək üçün müraciət formasını doldurub vyanaforum@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: müraciətlərin son qəbul tarixi - 10.09.2012


 

: 967