| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule Azərbaycanda səfərdə olacaq

2010-03-14 13:41:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətinin verdiyi məlumata görə, SAM-ın dəvəti ilə Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule 2010-cu il, mart ayının 16-dan 19-dək Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində Fransalı senatorun Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Martın 17-də saat 11.00-da Natali Qule Strateji Araşdırmalar Mərkəzinin qonağı olacaq və "Azərbaycan Qafqazın və Yaxın Şərqin stabil dövləti kimi” mövzusunda keçiriləcək dəyirmi masada məruzə ilə çıxış edəcək. Təşkil olunacaq tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, millət vəkilləri, XİN-in məsul əməkdaşları, ADA-dan və ölkənin digər elmi müəssisələrindən regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər, yerli ekspertlər və analitiklər də iştirak edəcək.

Qeyd edək ki, senator kimi fəaliyyətinə 2007-ci ildən başlayan xanım Qule hazırda Fransa senatının Fransa-Qafqaz Parlamentlərarası Dostluq qrupunun, Xarici işlər və milli müdafiə, həmçinin NATO-nun Parlament Assambleyasının İqtisadi Komissiyalarının üzvüdür. O, həmçinin Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına və Fars Körfəzinə dair müxtəlif tədqiqatların müəllifidir.


 

: 138