| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Futuroloqların Beynəlxalq Bakı Forumu keçiriləcək

2013-06-01 09:08:13

3 iyun 2013-cü ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Gələcəyi Tədqiqatlar Cəmiyyəti, Azərbaycan  Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Gələcəyi Tədqiqatlar Cəmiyyəti  və Minilliyin layihəsi-nin Azərbaycan bölməsi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq  Bakı Gələcək Forumu keçiriləcək. 

Forumda NASA, ABŞ Milli Elmi Fondu, Google, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası,  Rokki-Maunteyn İnstitutunun ekspertlərinin və digər tanınmış beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulub. 

Forumun işində həmçinin Çernoqoriyanın Elm və Texnologiyalar  Naziri,  bir çox beynəlxalq və azərbaycanlı mütəxəssislər, rəsmi nümayəndələr iştirak edəcək.

Tədbirdə ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR-dan mütəxəssislər öz ölkələrini təmsil edəcək.

Forumda təqdim ediləcək yeni texnologiyalardan biri  Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək  Holoqrafik Prezentasiyadır. Forum çərçivəsində həmçinin, 3D Printer də sərgilənəcək  ki, bu   da  Azərbaycanda bu gün üçün printer texnologiyası baxımından yenilikdir. 



 

: 440