| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Global and regional hydro-political problems in the context of international cooperation and security. Collection of speech and articles” çıxış və məqalələr toplusu çapdan çıxmışdır

2015-04-24 10:07:04

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) növbəti nəşri – “Global and regional hydro-political problems in the context of international cooperation and security. Collection of speech and articlesçıxış və məqalələr toplusu çapdan çıxmışdır.  

25 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda «Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizik kontekstində» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

 

Konfransda Azərbaycan alimləri və siyasətçiləri ilə yanaşı, Türkiyə, Serbiya, Misir, Gürcüstan, ABŞ, Qazaxıstan, İordaniya, Niderland və Bosniyadan gəlmiş mütəxəssislər də iştirak etmiş, onların çıxışları dinlənilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır. 

 

TədbirdəYaxın və Orta Şərqdə, Şimali Afrikada, Mərkəzi Asiyada və Cənubi Qafqazda su ehtiyatlarından səmərəli istifadəyə və onların qorunmasına yönəldilmiş səylərin zəruriliyini vurğulamış, onları beynəlxalq sülh və qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm amil olaraq dəyərləndirmişlər.

 

Eyni zamanda, bir dövlətin digərlərinə qarşı su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadəsi qətiyyətlə pislənilmiş, Ermənistanın transsərhəd su ehtiyatlarından, işğal altında olan ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycan Respublikasına qarşı hidrosiyasi təzyiq vasitəsi kimi istifadəsinə beynəlxalq hüquq müstəvisindən qiymət verilmişdir.  

 

Topluya Azərbaycandan və xarici ölkələrdən olan mütəxəssislərin çıxışları və məqalələri daxil edilmişdir.




 

: 14