| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri G20-nin tədbirində çıxış edəcək

2015-09-02 10:24:16

3-6 Sentyabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı Ankaraya  səfər edəcək.

 

SAM-ın şöbə müdiri səfərdə Böyük İyirmilik (G20) çərçivəsində təşkil olunan müzakirələrə qoşulacaq. B20, W20 və T20-nin birgə tədbirlərində Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğan, baş nazir Ə.Davutoğlu, G20-nin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, iri biznes nümayəndələri və akademik dairələrin təmsilçiləri iştirak edəcək.

 

V.Qasımlı qlobal iqtisadiyyatda yaranmış vəziyyət, yeni yaranan maliyyə institutları, valyuta müharibələri və innovativ inkişaf məsələləri mövzularında çıxış edəcək.    



 

: 1265