| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Hollandiyalı ekspertlər SAM-ın fəaliyyəti ilə tanış olublar

2011-04-19 19:09:00

Aprelin 19-u Hollandiyanın nüfuzlu beyin mərkəzlərindən sayılan "Clingendael”-in Enerji Proqramının direktoru Lusiya Van Geuns və baş elmi işçisi Kristof Van Aqt Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) qonağı olmuş və SAM-ın əməkdaşları ilə görüşmüşlər. Qonaqlara Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti haqqında məlumat verilmişdir. Hollandiyalı analitiklər "Xəzər Neft-Qaz” adlı hesabatın üzərində çalışdıqlarını və bu məsələ ilə bağlı azərbaycanlı ekspertlərin fikirləri ilə maraqlandıqlarını və araşdırmanın yekunu olaraq bu ilin payızında Hollandiyada eyni adlı beynəlxalq konfrans keçirəcəklərini bildirmişlər.

Görüşdə həmçinin iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin və elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilmişdir.
 
Görüş zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional enerji layihələri, ölkəyə yeni sərmayələrin cəlb olunması və digər məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.


 

: 466