| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İllik hesabat - 2014

2017-01-21 10:44:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2007-ci ildə təsis edilən ilk rəsmi analitik tədqiqat qurumu - Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2014-cü il ərzində Azərbaycanın daxili, xarici və iqtisadi siyasətinə, qlobal və regional problemlərə dair geniş araşdırmalar aparmış, ali hakimiyyət orqanlarını təhlil və proqnoz xarakterli materiallarla, tövsiyələrlə təmin etmiş, yerli və xarici ölkə mütəxəssisləri üçün səmərəli intellektual dialoq məkanına çevrilmişdir.  


 

2014-cü il ərzində də Strateji Araşdırmalar Mərkəzinin ekspertləri Azərbaycanda, Cənubi Qafqaz regionunda, MDB məkanında,  Avropada, Yaxın, Orta və Uzaq Şərqdə, bütövlükdə dünyada cərəyan edən siyasi, iqtisadi və sosial proseslərə,  lokal və qlobal xarakterli problemlərə dair 130-dan çox ekspert rəyi, arayış və hesabatlar hazırlamış,  ölkənin müvafiq dövlət və hökumət strukturlarına proqnoz və tövsiyələrini vermiş, yerli və xarici mətbuatda 100-dən çox  məqalə və müsahibələrlə çıxış etmişlər. SAM əməkdaşları 2014-cü ildə 45 elmi-tədqiqat işini yekunlaşdırmış, dünyanın bir sıra ölkələrində keçirilmiş 110-dan çox mötəbər beynəlxalq tədbirdə iştirak edərək məruzələrlə çıxış etmişlər.


 

Eynizamanda, Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, iqtisadi inkişafına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, regional və qlobal hərbi-siyasi, ekoloji problemlərə, ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyə, inteqrasiya məsələlərinə, enerji siyasətinə, Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin qorunmasına dair elmi tədqiqat işlərinin yekunu olaraq, 17(kitab) monoqrafiya, toplu və broşura nəşr edilmişdir.Onlardan 6-sı İtaliya, Fransa, Türkiyə və Rusiyada, 11-i isə Azərbaycanda işıq üzü görmüşdür. Bundanbaşqa, Strateji Araşdırmalar Mərkəzinin dövri nəşrləri olan «Strateji  təhlil», «Caucasus International», «SAM Review» və «SAM Comments» jurnallarının növbəti sayları daçap olunmuşdur.


 

2014-cü il ərzində SAM-ın beynəlxalq əlaqələrinin miqyası daha da genişlənmiş, Mərakeş, Belarus, Yunanıstan, Xorvatiya,  Serbiya və Monteneqronun analoji tədqiqat qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa dair saziş və anlaşma memorandumları imzalanmış, bununla da SAM-ın rəsmi xarici tərəfdaşlarının sayı artaraq 28-ə çatmışdır.


  

Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qlobal və regional problemlərin birgə və səmərəli müzakirəsi məqsədilə 2014-cü il ərzində Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə 33 tədbir - beynəlxalq konfrans, dəyirmi masa, seminar, yay məktəbi, mühazirə, kitab təqdimatı və s. təşkil edilmiş, onlardan 12-si Azərbaycanda, 21-i isə xarici ölkələrdə - Türkiyədə, Pakistanda, ÇXR-da, Almaniyada, Xorvatiyada, Serbiyada, Albaniyada, BƏƏ-da, Küveytdə və s. keçirilmişdir.


      

Strateji Araşdırmalar Mərkəzi 2014-cü ildə elmi-tədris fəaliyyətini də genişləndirmiş, «Qonaq elmi işçilərin mübadiləsi proqramı» çərçivəsində Hindistan, ABŞ, Türkiyə, Cənubi Afrika Respublikası və Litvadan gəlmiş mütəxəssislər Azərbaycanın beynəlxalq əlaqələri, regional münaqişələr, enerji siyasəti və s. mövzularda tədqiqat işlərini tamamlamışlar. Eyni zamanda, Strateji Araşdırmalar Mərkəzinin ali məktəb tələbələri üçün təcrübə proqramı çərçivəsində Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin 27 tələbə-məzunu  SAM-da təcrübə keçərək biliklərini zənginləşdirmiş, aktual mövzularda elmi araşdırmalar aparmışlar. SAM əməkdaşlarının bir qrupu 2014-cü ildə də pedaqoji fəaliyyətini davam etdirmiş, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində öz bilik və təcrübələrini  gənclərə öyrətmişdir. 



 

: 284