| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Illik hesabat -2016

2017-01-21 10:52:22

SAM-ın əməkdaşları aktual məsələlərə dair 115-dən çox analitik arayış və hesabatlar hazırlamış, yerli və xarici kütləvi informasiya vasitələrində, elmi məcmuələrdə 150-dən çox məqalə, müsahibə və şərhləri çap etdirmişlər. Həmin müddət ərzində Strateji Araşdırmalar Mərkəzinin elmi nəşrləri olan "Caucasus International" və "Strateji təhlil" jurnallarının mövzu və oxucu auditoriyası genişlənmişdir. Belə ki, 2016-cı ildə 2 dəfə dərc olunan "Caucasus International" jurnalının Mərkəzi Asiya və Qafqazda Enerji təhlükəsizliyi, Trans-Avrasiya Nəqliyyat şəbəkəsi, Avrasiya Nəqliyyat Siyasəti və İqtisadiyyatı məsələlərinə həsr edilmiş saylarında xarici və yerli ekspertin məqalə və müsahibələri öz əksini tapmışdır. "Strateji təhlil" jurnalının da 2 nömrəsində 45-dən çox məqalə dərc edilmişdir. 


2016-ci ildə SAM-ın ingilis dilində çıxan "SAM Review" dövri məcmuəsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Amerika Birləşmiş Ştatların xarici siyasəti və ictimai və özəl sektor arasında əməkdaşlıq mövzularına, "SAM-ın şərhləri"nin növbəti 2 buraxılışı isə dünya dilləri ictimai diplomatiyanın tərkib hissəsi kimi, ATƏT-in uğursuzluğu, regional təhlükəsizlik təşkilatından siyasi alətə doğru mövzularına həsr olunmuşdur.  


Ötən il elmi-təşkilatçılıq fəaliyyəti baxımından da uğurlu olmuş, Strateji Araşdırmalar Mərkəzi ümumilikdə 14, Azərbaycanda 7 və bir sıra xarici ölkələrdə 7 tədbir - beynəlxalq konfrans, dəyirmi masa, birgə müzakirələr və təqdimatlar keçirmişlər. Azərbaycanda keçirilən tədbirlərdən Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci il dönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda təşkil olunmuş beynəlxalq konfransın vacibliyini xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 19 əməkdaşı dünyanın 24 ölkəsində təşkil edilmiş 57 beynəlxalq tədbirdə məruzəçi kimi dəvət olunmuş, xarici dövlətlərdəki tərəfdaş beyin mərkəzləri ilə birlikdə  tədqiqatlar aparmışlar.


Strateji Araşdırmalar Mərkəzinin və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə həyata keçirdikləri qonaq elmi işçilərin mübadiləsi proqramı da uğurla davam etdirilmiş, İordaniya, Bolqarıstan, Misir, Qazaxıstan və Qırğızıstanı təmsil edən 5 xarici ekspert SAM-da müxtəlif mövzulara dair elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuşlar. 


Hesabat dövründə SAM-ın bir neçə əməkdaşı paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olmuş, öz bilik və təcrübələrini və Bakı Dövlət Universitetində, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və Xəzər Universitetində gələcəyin zabit və mütəxəssislərinə aşılamışlar. Bundan əlavə, SAM-ın ali məktəb tələbələri üçün təcrübə proqramı çərçivəsində Azərbaycanın altı və xarici ölkələrdəki dörd ali təhsil müəssisəsini təmsil edən 17 tələbə-məzun müxtəlif aktual mövzularda ilk tədqiqatlarını aparmışlar.


 

: 646