| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığın gələcəyi: Yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcəkdir

2015-03-13 10:55:44

2015-ci il mart ayının 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Strateji və Beynəlxalq Münasibətlər üzrə Gürcüstan Fondunun, Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin və Qafqaz Strateji Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığın gələcəyi: Yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. 

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə və Gürcüstan beyin mərkəzlərinin, Türkiyə Mərkəzi Bankı və universitetlərinin, habelə Gürcüstan İqtisadi İnkişaf  və Xarici İşlər Nazirliklərinin yüksək rütbəli rəsmiləri, bu ölkənin Milli İnvestisiya Agentliyinin direktoru, Böyük Britaniya və Çindən olan ekspertlər çıxış edəcəkdir. Konfransa Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji layihələr, bölgədə təhlükəsizlik, həmçinin gələcəkdə regional nəqliyyat-infrastruktur və qeyri-neft sektoru sahəsində iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcəkdir.


 

: 2216