| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İstanbulda “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək

2011-11-15 04:30:00

16-18 noyabr 2011-ci il tarixində İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılğı ilə "BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək. BMT-nin İrana qarşı sanksiyasının icra mexanizmləri və bunun regional hökümət və azad biznes qurumlarının fəaliyyətinə təsirləri tədbirin əsas müzakirə mövzusu olacaqdır. Həmçinin seminar əlaqədar təşkilatların bu sahədəki təcrübələrini bölüşməsinə, məlumat mübadiləsinə və eləcə də sanksiyaların qoyduğu şərtlərə doğru əməl olunması və qaydalar pozulduğu halda yaranan risklərin öyrənilməsinə imkan yaradacaq.

Tədbirdə SAM-ın eksperti Rəşad Kərimov sanksiyaların icrasında Azərbaycanın yürütdüyü siyasət mövzusunda məruzə ilə çıxış edəcək. Region ölkələrinin digər məruzəçiləri də İran ilə qurulan iqtisadi əlaqələrdə onların üzərinə düşən öhdəliklərdən bəhs edəcək və sanksiya ilə bağlı real təkliflərini irəli sürəcəklər.



 

: 437